Türkiyə Süper Liqasında 11-ci tur geridə qalarkən 1-ci yerdə qərarlaşan Sivasspor ilə 8-ci yerdə olan Beşiktaş arasında sadəcə 3 xal fərqinin olması komandalar üçün çempionluğun heç də asan bir iş olmayacağının göstəricisidir.

11 matç sonunda 19 xal toplayan və 6-cı yerdə qərarlaşan Galatasaray isə bir ilkə imza atıb. Belə ki, son 30 mövsümün ilk 11 həftələri nəzərə alındıqda, Galatasaray ilk dəfədir ki heç bir tur ərzində ilk 4-lükdə qərarlaşa bilməyib. Bu göstərici ən son 1989-1990 mövsümündə təkrarlanmışdı və Galatasaray həmin mövsüm düz 12-ci turun sonunda 4-cü yerə qalxmağı bacarmışdı.

Alanyaspor isə geridə qalan 12 tur sonunda liqanın zirvəsində ən uzun müddət qərarlaşan komanda olub. Alanyaspor liqanın 3-cü həftəsindən 10-cu həftəsinə qədər lider olmağı bacarıb. Son turda Trabzonspor`a 1-0 hesabı ilə məğlub olduqdan sonra isə 1-ci yerdə Sivasspor qərarlaşıb.