ONBİR, Fransa və Türkiyə arasında keçiriləcək olan matçdan öncə Fransa cəbhəsindən verilən mesajları sizinlə bölüşür:

Deschamps: ”Matçın vacibliyindən xəbərimiz var. Hər iki komandanın eyni xalı var və nəzərə alsaq ki öz meydanımızda oynayırıq, matçı qazanmamaqdan başqa bir fikrimiz yoxdur. Biz futbol oynayırıq və stadionda əla bir atmosfer olacağından əminəm. Siyası problemlər ola bilər, ancaq bunun bizimlə əlaqəsi yoxdur.”

Raphael Varane: ”Eşitdiyimə görə çoxlu türk azarkeşlər gələcək, ancaq biz professional oyunçularıq və belə atmosferlərə öyrəşmişik. Mühit nə qədər həyəcanlı olsa, biz də o qədər motivasyalı olacağıq.”

Lenglet: ”Bizə evimizdə düşmən kimi davranacaqlar? 80.000-lik stadionumuzda ən az 50.000 fransız olacağından əminik. Biz bu matçı qazanmaq üçün hazırlıqlarımıza davam edirik.”

Olivier Giroud: ”Anam və atam hər ikisi xristiandır. Ancaq biri Katolik digəri isə Evanjelistdir. Mən bunda problem görmürəm. Əsas bir-birini başa düşməkdir. Katoliklər və müsəlmanları da özümə qardaş kimi görürəm. Bizə həyatı verən Tanrı`dır və o bizi daima izləyir.”

Fransa Futbol Federasiyası Prezidenti – Noel La Graet: ”İlk matçı Türkiyədə oynamışdıq və xoşa gəlməz hallar yaşanmışdı. Oyunçularımız bütün oyun boyunca fitə basıldı. Həmçinin, himnimiz də. Asan olmayacağını bilirik, ancaq məncə burdaki oyunda işlər daha asan olacaq. Türklərdən tək istəyimiz himnimizi fitə basmamaqlarıdır. Bununla bağlı stadionda anons edəcəyik.”