Mirror nəşrinə danışan Liverpool`un keçmiş hucümçusu Robbi Fowler Jurgen Klopp’un Borussia Dortmund’an ayrıldıqdan sonra Mancester UnitedReal Madrid’dən gələn təkliflərə baxmayaraq, bu klublara rəhbərlik etməkdən imtina etməsinin səbəblərini açıqlayıb.

ONBİR müsahibəni sizlərə təqdim edir:

“Bir neçə il bunnan qabaq müsahibə zamanı o mənə Borussia’dan getdikdən sonra bir neçə nəhəng klubun təklifini geri çevirdiyini dedi. Bu klublardan biri Manchester United, digəri isə Real Madrid idi. Klopp’un bəyənmədiyi məqam bu klubların həddindən artıq kommersiya uğurlarına yönəlik siyasət aparması idi.

Klopp bildirdi ki, Liverpool`un onun maraq dairəsinə düşməsinin səbəbi bu klubda zirvəyə çatmaq üçün vacib olan pul, tarix və azarkeşlərin identikliyi arasında olan balans idi. O, nəhəng sərmayələrin olmamasına baxmayaraq, Anfield`i yenidən əzəmətli etmək istəyirdi. Klopp bu məqsədə başqa yollarnan çatacağına inanırdı.

O, hələ tam şəkildə öz məqsədinə çatmasa da, Liverpool azarkeşlərinə inam və qüruru geri qaytarmağı artıq bacarıb”.