Beşiktaş`da prezidentlik postundan istefa verən Fikret Orman, yeni seçimlərdə namizəd olmayacağını və qərarının arxasında olduğunu bildirib. O, sporX`a müsahibəsində “Hamını maraqlandıran məqam deyəsən elə budur. Bundan 3 həftə əvvəl Sompo Japan ilə sponsorluq imzalayanda ortalıqda bu qədər jurnalist yox idi. Hər halda, bu gün çox müştərimiz var. Mən deyəcəklərimi artıq ötən müsahibədə demişəm, Youtube-da da baxa bilərsiniz. Bütün detallara artıq toxunmuşam və o gündən bu yana dəyişən bir şey olmayıb. Əgər həqiqətən də yenə o haqda sual soruşacaqsınızsa, gedin Youtube-dan baxın. Deyib.

Bəs Fikret Orman həmin müsahibədə nə demişdi? Xatırlayaq:
”10 nəfəri qışqırdırlar, sonra da sosyal medya vasitəsilə xaos yaradırlar. Hara getsəm bu tip şeylər məni tapır. Deməli bir qan dəyişikliyinə ehtiyac var və onlar da bunu istəyirlər. Çox vacib, düzgün və əla bir komandamız və baş məşqçimiz var. Ancaq hazırki negativ müzakirələr ancaq mənim üzərimdən gedir. Beşiktaş`daki vaxtımı sonlandırıram, amma bunu bilmənizi istəyirəm ki, biz yoldaşlarımla birlikdə bu işi eşqlə edirdik. Söyüşlərə layiq deyil idik. Heyatım Beşiktaş üçün keçdi, Beşiktaş üçün dava belə etdim. Son olaraq isə mənə söyüş söyənlər hələ doğmamışkən, mən Beşiktaş`a qulluq edirdim.