FİFA 20 videoyununun rəsmi olaraq tanıdılmasına çox az qalmış, EA Sports oyunun ən güclü oyunçularını açıqlayıb. Ümumi ortalama reytinqlər nəzərə alınaraq tərtib edilən siyahıya Lionel Messi (94) başçılıq edir. 2-ci yerdə Cristiano Ronaldo (93), 3-cü yerdə isə JR Neymar (92) qərarlaşıb. 4-cü yeri isə 91 ortalama ilə Eden Hazard, Jan Oblak və K. De Bruyne bölüşürlər.

Əlavə olaraq, Türkiyə Super Liqasının da ən güclülər siyahısı EA tərəfindən dərc olunub. Belə ki, ümumi reytinqlərə əsasən siyahıya 84 ortalama ilə Başakşehirin oyunçusu Edin Visca liderlik edir . 2-ci yerdə isə 83 ortalama xal ilə Galatasarayın yeni transferi Radamel Falcao və Fenerbahçedən Max Kruse yer alıb.