Manchester City`nin braziliyalı yarımmüdafiəçisi Fernandinho İngiltərəyə gəldikdən sonra üzləşdiyi rəqiblər haqqında danışıb.

Ronaldo, Messi, Neymar və Mbappe kimi ulduz hücumçulara qarşı oynamış Fernandinho`nun ən çox çətinlik çəkdiyi rəqib isə Diego Costa olub. Futbolçu Chelsea`də çıxış edərkən bir neçə dəfə Fernandinho ilə qarşı-qarşıya gəlib və onun üçün əsl baş ağrısı olub.

ONBİR Fernandinho`nun sözlərini sizə təqdim edir:

“Messi, Ronaldo, Neymar və Mbappe çox güclü oyunçulardır. Onlar daim rəqib müdafiəsini təzyiq altında saxlamağı bacarır. 

Buna baxmayaraq mən, üzləşdiyim ən çətin rəqiblərdən biri kimi Diego Costa`nı qeyd edərdim. Chelsea`də olarkən o çox yaxşı formada idi. 90 dəqiqə bir-birimizə qarşı çox sərt mübarizə şəklində keçirdi. Ümid edirəm ki, biz onunla yenə qarşılaşacayıq.”

Huseyn
İxtisasca İqtisadiyyatçı olan Hüseyn bakalavr dərəcəsini ADA Universitetində, magistratura dərəcəsini isə Budapeştin Corvinus Universitetində qazanıb. Hal-hazırda Budapeştdə yaşayır. 2003-cü ildən Milan azarkeşi olan Hüseynin ən sevdiyi oyunçular Ricardo Kaka, Paolo Maldini və Juan Roman Riquelme`dir.