Fenerbahçe yanvar ayındakı qış transfer pəncərəsinin gəlməsi üçün gün sayır. Ersun Yanal rəhbərliyində uğurlu çıxış edən Fenerbahçe`nin transfer planları artıq məlumdur. Mövsüm sonunda artıq 6 illik çempionluq həsrətinə son qoymaq istəyən rəhbərlik indidən kimlərin getməli, kimlərin gəlməli olduğunu təyin edib.

Ersun Yanal`ın heyətdə düşünmədiyi brazilyalı Jailson və sloveniyalı Miha Zajc ilə artıq yolların ayrılması qərarına gəlinib. Transfer pəncərəsində oyunçulara gələn hər bir təklif dəyərləndiriləcək.

Ersun Yanal`ın planında komandaya 1 hücumçu, 1 cinah hücumçusu, və bir sol cinah müdafiəçisi qatmaq var və bu göstəriş ilə Comolli artıq axtarışlara başlayıb.

Kayserispor matçında istənilən performansı göstərə bilməyən Moses`ə isə daha bir şans veriləcək. Kasımpaşa matçında da ilk 11-likdə başlaması gözlənilən Victor, yenə zəif performans göstərərsə yerini Nabil Dirar`a verməyə məcbur olacaq.