Transfer pəncərəsində bir sıra ulduz oyunçuları heyətinə cəlb edən Fenerbahçe`nin qış transfer pəncərəsində də bir qədər aktiv olacağı gözlənilir. Sol cınah müdafiəçisi mövqesindəki problemi Rizespor`un xarvat oyunçusu Dario Melnjak ilə həll etməyi düşünən ”Sarı-Lacivertliler”, 10 nömrə pozisyasına isə Mesut Özil`i gətirmək istəyir. Arsenal`da bir neçə oyundur ki heyətdən kənarda qalan Özil`ün qış transfer pəncərəsində komandasını tərk etməsi gözlənilir.

İngiltərə mətbuatının xəbərinə əsasən Mesut Özil artıq Londondaki evini satışa qoyub və Mesut`un həyat yoldaşı Amina Gülşe`nin də könlü Türkiyədən yanadır. Transferdəki tək problem Mesut`un hazırdaki 350.000 poundluq maaşıdır. Fenerbahçe bu maaşın yarısını ödəməyi qəbul etsə də, Arsenal cəbhəsi vergi daxil, maaşın tam olaraq ödənilməsini tələb edir. Digər tərəfdən isə Mesut ilə İtalya`nın İnter Milan komandaları da yaxından maraqlanırlar.