Fenerbahçe Konyaspor qarşısında 5-1 hesabı ilə qələbə qazandığı matçdan sonra nəinki 3 xal aldı, həm də Avropada ilk 3-lüyə girməyi bacardı. 5 qolun 4-nü cərimə meydançası çölündən vuran Fenerbahçe, Super Liqada cərimə meydançası ətrafından qapıya vurduğu 71 zərbə ilə liderdir.

Kanarya, Avropadaki 5 əsas liqa və Super Liqanı nəzərə alındıqda, 115 komanda içində zərbə sayında 4-cü, bu zərbələri qola çevirmək nisbətində isə 3-cü yerdədir.

İlk 2 yerdə isə isə Bordeaux (7) və Atalanta (5) qərarlaşıb. Chelsea, Manchester City, Barcelona, Bayern Munchen kimi komandalar ilə eyni yerdə qərarlaşan Fenerbahçe isə, Liverpool, Tottenham İnter kimi komandaları geridə qoymağı bacarıb.

Uzaqdan vurulan zərbələrdə isə Fenerbahçe`də ən çox zərbə vuran oyunçu Deniz Türünç olsa da, oyunçu hələ ki qol sevinci yaşaya bilməyib.