Galatasaray`ın əfsanəvi baş məşqçisi Fatih Terim hal-hazırda koronavirusla mübarizə aparir. Bugün ona xəstəxanadan evinə getməyi icazə verdilər. ONBİR NTVSpor`a istinadən bu xəbəri yayımlayır.

İmparator müalicənin 8-ci günündə xəstəxananı tərk edərək evinə geri döndü. Müayinənin qalan hissəsi ev şəraitində davam edəcək. Qeyd etmək lazımdır ki, koronavirus çox sürətli şəkildə Türkiyədə yayılır və bu xəstəliyə yoluxanların sayı 10827 nəfərdir və 168 ölüm hadisəsi qeydə alınıb.