İspaniyalı oyunçu Arseblog`a danışaraq London klubundakı günlərini xatırlayıb.

Arsene Wenger Fabragas`ı hələ 16 yaşında ikən, Barcelona`nın La Macia akademiyasından öz klubuna gətirmişdi. O bununla Arsenal forması ilə əsas heyətdə meydana çıxan ən gənc futbolçu olmuşdu.

Eks Barcelona`lı Fabregas Arsenal formasını ümumilikdə 303 dəfə geyinməyə nail olub. O, bu müddətdə öz əzmi və istedadı ilə çox azarkeşin sevgisini qazanmışdı.

ONBİR onun sözlərini sizinlə bölüşür:

“Mən kapitan idim, üzərimdə çox təzyiq var idi. Mən komandanı arxamca aparmalı idim, bu çox əziyyətli idi. Məğlub olduğumuz zamanlarda oyundan sonra ağlayırdım.

Bəzi oyunçuların isə, heç məğlubiyyət vecinə deyildi. Düşünürəm ki, komandada mənimlə texniki və mental cəhətdən eyni səviyyədə olan oyunçular yalnız Robin van Persie ilə Nasri idi.

Mən bəzi oyunçuların davranışını bəyənmirdim, bu, o zaman mənim Arsenal`dan ayrılmağımın əsas səbəbi oldu.”

Huseyn
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua.