Geridə qoyduğumuz mövsüm hücumda ciddi problemlər yaşayan və qol vurmaq üçün ancaq Vedat Muriqi`nin “ayağına baxan” İstanbul klubu gələn il üçün hücumçu axtarışına başlayıb.

Xatırladaq ki, artıq transfer işlərinə yenicə karyerasını bitirmiş və klubun idman direktoru təyin edilmiş Emre Belözoğlu nəzarət edir.

ONBİR Sporx`a istinadən xəbər verir ki, hal-hazırda Fenerbahçe rəhbərliyi gözünü Lazio`nun ekvadorlu hücumçusu Felipe Caicedo`ya dikib. Oyunçunun Lazio ilə hələ iki illik müqaviləsinin mövcud olmasına baxmayaraq, cəlbedici təklif gələcəyi halda Roma klubunun onu sata biləcəyi istisna edilmir.

Xatırladaq ki, 2017-ci ildən Lazio`da çıxış edən 31 yaşlı Caicedo daha öncə Manchester City, Espanyol Malaga kimi klubların da şərəfini qoruyub.