Manchester United`in Lukaku`nun satışından bəri hücumun sivri ucunda çox əziyyət çəkdiyi hər kəsə məlumdur. Bu vəziyyəti dəyişmək üçün klub rəhbərliyinin baş məşqçi Ole Gunnar Solskjaer`ə lazım olan maliyyə vəsayitini ayıracağı və qışda komandanın həm yarımmüdafiə xəttinə həm də hücum xəttinə transferlər edəcəyi gözlənilir. İlkin hücum alternativi RB Salzburg`un norveçli hücumçusu Erling Haaland`dır. Erling Haaland bu mövsümü fantastik keçirməkdədir. Onun atası keçmiş futbolçu Alf Ing Haaland da Premyer Liqada vaxtında forma geyinib. Bütün liqalardakı göstəricilərinə baxsaq Erling bu mövsüm ərzində 16 oyundaca 22 qol vurmağa nail olub. Bu fantastik nəticələrdən sonra o, bir sıra böyük klubların diqqət mərkəzinə gəlib. Əsas transfer spekulyasiyaları isə Manchester United ilə bağlıdır. ONBİR, Mirror`a istinadən xəbər verir ki, Erling`in atası Alf Ing Haaland artıq United`in məşq bazası olan Carrington`a gəlib. Manchester United`in qış transfer pəncərəsində Erling transferini tamamlaması gündəmdədir.