Bu sezon müqaviləsi sona çatacaq olan Tottenham`ın hücuma meyilli yarımmüdafiəçisi Eriksen klubdan ayrıla bilər.

Onun xidmətlərində Premier League`dən Manchester United, həmçinin Seria A`dan Inter yaxından maraqlıdırlar.

Tottenham`ın son zamanlar apardığı seleksiya işləri isə Eriksen ilə maraqlanan klublara “şad xəbər” vermiş olub. ONBİR Mirror Footbal`a istinadən xəbər verir ki, London klubu İngiltərə U-21 və Leicester`in yarımmüdafiəçisi James Moddison`la sezon sonunda əldə etmək istəyir. Eriksen`lə oxşar oyun stilinə malik Moddison`un kluba gələcəyi təqdirdə Danimarkalı oyunçunun böyük ehtimalla klubu tərk edəcəyi gözlənilir.

Xatırladaq ki, daha öncə Real Madrid`in prezidenti Florentino Perez də Eriksen`i öz klubunda görmək istədiyini açıqlamışdı.