ONBİR Marca qəzetinə istinadən xəbər verir ki, 27 yaşlı danimarkalı futbolçu Tottenham`ın yeni müqavilə təklifini rədd edir və xəyallarının komandası olan “Los Blancos”da çıxış etmək istəyir. Real Madrid Eriksenə görə klubun prezidenti Levy ilə danışıqlar aparıb, amma hələ ki, rəsmi təklif yoxdur.

Bu mövsüm onlar futbolçunu Real Madrid`ə təklif etmişdilər, amma Zidane Pogba`nı istədiyi üçün buna razı olmamışdı. İndi isə, futbolçunun müqaviləsinin bitməsinə bir il qalıb və Eriksen ümid edir ki, Real Madrid onun üçün rəsmi danışıqlara başlayacaq.