ONBİR Marca saytına istinadən xəbər ki, Zidane`ın ən böyük oğlu Enzo Zidane ilk dəfə 2011-ci ildə, 16 yaşı olarkən Real Madrid`in məşqlərində iştirak edirdi. Enzo Zidane daha sonra Los Blancos`un əsas heyətində 2016-17 mövsümündə debüt oyununa çıxmışdı.

Zidane`ın 2-ci ən böyük oğlu Luca Zidane 2013-14 mövsümündə Real Madrid`in əsas heyəti ilə məşqlərə qoşulmuşdu və həmən mövsüm Zidane Ancelotti`nin köməkçisi vəzifəsində çalışırdı. Gənc qapıçı klubun heyətində 2017-18 mövsümündə debüt etmişdi və həmən mövsüm Zidane klubun başında idi.

İndi isə, Zidane`ın 3-cü ən böyük övladı Theo Zidane bu gün klubla birgə məşqlərə qoşulub. Theo`nun 17 yaşı var və akademiyanın ən istedadlı futbolçularından hesab olunur.