Hal-hazırda futbol çempionatları ya təxirə salınıb, ya da azarkeşlər olmadan keçirilir. Onların stadionlara yaxın müddətdə qayıtmağı müşkül görünür. Pandemiya bir daha sübut etdi ki, futbol azarkeşlər olmadan çox dəyərsizdir və bu idman növünü möhtəşəm edən amil minlərlə azarkeşin 90 dəqiqə dünyadan təcrid olmağı və bir ağızdan eyni şüarları birlikdə çığırmağı və qəlblərinin eyni anda komandanın qələbəsi üçün birgə atmağıdır.

Marca ən çılğın azarkeşlərin siyahısını hazırlayıb və ONBİR sizə təqdim edir. Qeyd etmək lazımdır ki, sorğuda minlərlə ispan azarkeşinin rəyi alınıb və siyahı onların fikirləri əsasında tərtib olunub:

  • 40 | C.D. Guadalajara (Meksika)
  • 39 | Nacional (Uruqvay)
  • 38 | Gremio (Braziliya)
  • 37 | Atletico Nacional (Kolumbiya)
  • 36 | Mazembe (Konqo Demokratik Respublikası)
  • 35 | Club America (Meksika)
  • 34 | Al-Zawra’a (İraq)
  • 33 | Paris Saint-Germain (Fransa)
  • 32 | Fenerbahce (Türkiyə)
  • 31 | Frankfurt (Almaniya)
  • 30 | Millonarios (Kolumbiya)
  • 29 | Schalke 04 (Almaniya)
  • 28 | Olympiacos (Yunanıstan)
  • 27 | Tigres (Meksika)
  • 26 | Penarol (Uruqvay)
  • 25 | Galatasaray (Türkiyə)
  • 24 | AC Milan (İtaliya)
  • 23 | Corinthians (Braziliya)
  • 22 | Napoli (İtaliya)
  • 21 | Celtic (Şotlandiya)
  • 20 | Wydad Casablanca (Mərakeş)
  • 19 | Valencia (İspaniya)
  • 18 | River Plate (Argentina)
  • 17 | Persepolis (İran)
  • 16 | Palmeiras (Braziliya)
  • 15 | Colo-Colo (Çili)
  • 14 | Sevilla (İspaniya)
  • 13 | Boca Juniors (Argentina)
  • 12 | Athletic Club (İspaniya)
  • 11 | Barcelona (İspaniya)
  • 10 | Atletico Madrid (İspaniya)
  • 9 | Dortmund (Almaniya)
  • 8 | Real Madrid (İspaniya)
  • 7 | Esperance Sportive (Tunis)
  • 6 | Liverpool (İngiltərə)
  • 5 | Real Betis (İspaniya)
  • 4 | Flamengo (Braziliya)
  • 3 | Zamalek (Misir)
  • 2 | Al Ahly (Misir)
  • 1 | Raja Casablanca (Mərakeş)

Siyahıda klubların çoxu Avropadan olsa da, ən yaxşı azarkeşlər digər qitələrdəki klublara məxsusdurlar. Mərakeşin Raja Casablanca komandasının azarkeşləri ən çılğın hesab edilir. Misirin Al ZamalekAl Ahly komandaları siyahıda növbəti yerləri tutur. İlk onluqda tanınmış klublardan Liverpool (6`cı), Real Madrid (8`ci), Borussia Dortmund (9`cu), Atletico Madrid (10`cu) var.

Ümid edirik ki, tezliklə bu pandemiya bitəcək və azarkeşlər öz sevimli komandalarını dəstəkləmək üçün stadionlara qayıda biləcəklər.