PSG ilə müqaviləsi bu mövsümün sonunda bitəcək olan Edinson Cavani`nin İtaliyaya geridönə biləcəyi açıqlanıb.

PSG`də Mauro İcardi ilə əsas heyət uğrunda mübarizə aparan və müqaviləsi bu mövsümün sonunda bitəcək olan Edinson Cavani haqqında flaş bir açıqlama gəlib.

“İtaliyaya qayıda bilər”

Cavani`nin meneceri və qardaşı Walter, “Edinson`un İtaliyaya qayıtmaq ehtimalı var. Bəzi təmaslar olub, amma hal-hazırda başqa bir şey deyə bilmərəm” – dedi.

“Yanvar ayında ayrılmayacaq”

Cavani`nin mövsümü PSG`də tamamlayacağını bildirən Walter, “Yeni müqavilə üçün narahat deyilik. Edinson müqavilə bitdikdən sonra bir çox imkan əldə edəcək.    Ancaq yanvar ayında qətiyyən ayrılmayacaq” – ifadələrini işlədib.

“Hər klubda oynaya bilər”

Walter Cavani müsahibəsini, “Edinson daha 3 il ən yüksək səviyyədə oynamaq istəyir. İndi Avropada hər klubda oyanayıb müvəffəqiyyət əldə edə bilər”- – sözləri ilə tamamlayıb.