Paulo_Dybala_ONBİR

Paulo Dybala yay transfer dönəmində adının “Qırmızı Şeytanlar”la hallanmasına nöqtə qoyacaq bir açıqlama verərək: “Getmək istəmədiyim bir klubla adımın hallanması mənə pis edirdi”- deyib. Oyunçu Juventus`dan başqa bir klubda özünü görmədiyini və bütün transfer periodu boyunca klubdan getməyi bir an belə ağlından keçirtmədiyini deyib.

ONBİR Tuttosport`a danışan Dybala`nın sözlərini sizlərə təqdim edir:

“Bu yay mənim üçün çox çətin keçdi. Mən yalnız bir dəfə – transfer pəncərəsi açılmamışdan öncə  müsahibə verdim və Turində qalmaq istədiyimi bildirdim. Ondan sonra nə Copa America zamanı nə də tətildə olarkən bu haqqda heç danışmadım. Juventus`a hələ çox xeyir verəcəyimi düşünürəm və bunu Inter`lə oyunda bir daha sübut etdim. Mən və Higuain – hər ikimiz Juve`də qalmaq istəyirik, vurduğumuz qollar bizim yerimizə danışır.”

Huseyn
İxtisasca İqtisadiyyatçı olan Hüseyn bakalavr dərəcəsini ADA Universitetində, magistratura dərəcəsini isə Budapeştin Corvinus Universitetində qazanıb. Hal-hazırda Budapeştdə yaşayır. 2003-cü ildən Milan azarkeşi olan Hüseynin ən sevdiyi oyunçular Ricardo Kaka, Paolo Maldini və Juan Roman Riquelme`dir.