Argentina millisinin və Juventus`un yarımmüdafiəçisi Paulo Dybala Ronaldo və Messi`nin bir-birinə çox bənzədiyini qeyd edib. Bu iki oyunçunun dueti bütün dövrlərin ən güclü rəqabətlərindən hesab olunur. Belə ki, onlar iki nəfərə Balon d`Or`u 10 dəfə qazanmağı bacarıb.

Dybala Argentina millisində Messi`nin komanda yoldaşı olmağı ilə bərabər, son iki ildir ki, Juventus`da Ronaldo ilə həmkarlıq edir.

ONBİR Dybala`nın El Pais qəzetinə verdiyi müsahibəni sizlərlə bölüşür:

“Meydandan kənarda onlar çox sakitdirlər, lakin meydanda olarkən sanki canavara çevrilirlər.

Eşitdiyimə görə, Luis Scola (Argentinalı Basketbolçu) deyib ki, bu ikili meydana girərkən özlərinin ən güclü olduqlarına inanaraq girir və məhz buna görə də onlar ən güclüdürlər. Məncə də bu belədir.

Futbol tarixində böyük oyunçular böyük klublar üçün oynayıblar, lakin, bu ikilinin bacardığını heç kim bacarmayıb. Bu rəqabət onların hər ikisinin işinə yarayır.”

Huseyn
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua.