Real Madrid məğlubiyyətini unudan Galatasaray`ın diqqəti Beşiktaş matçına yönəlib. Beşiktaş`ın zəif performansı və zədəlilərini nəzərə aldıqda matça ancaq qələbə məqsədilə çıxacaq olan Galatasaray`da start heyətdə bir neçə dəyişiklik olacaq. Fatih Terim Beşiktaş qarşısında Club Brugge`yə qarşı oynadığı heyətlə çıxmaq istəyir. Belə ki, Terim yarımmüdafiədə Nzonzi, Seri və Lemina 3-lüsü ilə oynamağı planlaşdırır.

Galatasaray`ın ehtimal olunan 11-liyi: Muslera, Mariano, Luyindama, Marcao, Nagatomo, Nzonzi, Belhanda, Seri, Lemina, Babel, Andone.

Beşiktaş`da isə zədəli oyunçuların çoxluğu məşqçi Abdullah Avcını düşündürür. Hazırda müalicələri davam edən Gökhan Gönül, Victor Ruiz, Douglas, Nkoudou, Dorukhan, Diaby və Burak Yılmaz`ın matçda çıxış etməsi gözlənilmir. Avcı isə oyuna Brugge qarşısındakı heyətdən sadəcə 2 dəyişilik edərək çıxmağı planlaşdırır.

Beşiktaş`ın ehtimal olunan 11-liyi: Karius, Necip, Roco, Vida, Rebocho, Atiba, Lens, Elneny, Ljacic, Caner, Güven.