Southampton bu mövsüm yaxşı çıxış etməsə də hücumçu Danny Ings klub standartlarına görə yaxşı futbol oynayır.

Hücumda alternativlər axtaran İngiltərə milli komandasının baş məşqçisi Gareth Southgate bildirib ki, Danny Ings`in Euro 2020`də forma geyinmə ehtimalı var. Danny bu mövsüm son 11 oyunda 10 qol vurmağa nail olub. Onun yayda keçiriləcək Avropa Çempionatında forma geyinmək ehtimalını doğuran əsas məqam isə həmin vaxta kimi Harry Kane`in hazır olub-olmamaq ehtimalıdır.

Gareth Southgate həm də Danny Ings`in oyun tərzini çox sevir və onun U-21 millisindəki çıxışlarını da vaxtında bəyənib. Oyunçunun hal-hazırda 27 yaşı var.

Pasha
Paşa Bayramov 2019-cu ildə İstanbul Universiteti Radyo Televiziya və Sinema ixtisasından məzun olmuşdur. Elə həmin ildən Marmara Universitetində eyni sahə üzrə Magistr təhsili almaqdadır. İstanbulda yaşayır. Daha əvvəl "Radyo İletişim"-də müxtəlif idman proqramlarının aparıcısı olub.