Milan`ın məşhur azarkeş qrupu Curva Sud komanda haqqında “zəif və məqsədə gedən yolda uğursuz” bəyanatını verib. Onlar bunu baş məşqçi Giampaolo`nun işdən qovulması və yerinə Stefano Pioli`nin gətirilməsindən sonra edib.

Giampaolo klubun postu arxasında cəmi 111 gün keçirdi ki, bu da klub tarixinin növbəti anti-rekordudur.

ONBİR Footballİtalia nəşrinə istinadən xəbər verir ki, Pioli artıq Milandakı  mehmanxanaların birindədir və növbəti gün artıq onun rəsmi tanıtım mərasimi baş tutacaq. O, Allegri`nin gedişindən sonra, Milan`ın postu arxasına keçəcək doqquzuncu məşqçi olacaq.

Milan azarkeşləri isə Pioli`nin komandaya gəlişindən heç də razı görünmürlər. O, hələ rəsmi olaraq Milan`ın baş məşqçisi olmasa da, artıq Tvitterdə ona qarşı azarkeşlər tərəfindən #Pioliout kompaniyası başladılıb və dünyanın hər bir tərəfindən minlərlə Milan azarkeşi bu kompaniyaya qoşulub.