Uels milli komandası Azərbaycanın da olduğu Avro 2020 seçmə qrupundan finallara vəsiqəni təmin etməyi son oyunda sığortaladı. Onlar Macarıstanı məğlub etməklə Avro 2020`yə yollanmağa vəsiqə qazandılar. Ancaq oyundan sonra Uels kapitanı və Real Madrid`in oyunçusu Gareth Bale maraqlı bir bayraqla qələbəni qeyd edib. Bayraqda isə Uels-Qolf-Madrid yazılıb.

Bəs bu nə mənaya gəlir? Hər şeyin başlanğıcı Pedja Mijatovic ilə başlayır. Keçmiş Real Madrid oyunçusu olan Pedja, bir radio verilişində Gareth Bale haqqında danışarkən onun Real Madrid`dən çox uzaq olduğunu və öz prioritetləri sırasında Madrid`in Qolf`dan belə sonra gəldiyini deyib. Bu isə qısa müddət ərzində Uels`də böyük əks səda doğurub. Hətta bu mövzuda bəstələr də yazılıb. Uels-Qolf-Madrid. Yəni Gareth üçün önəmli olanlar sıralaması belədir. Öncə Uels, hətta sonra qolf və yalnız bundan sonra Real Madrid.

Pasha
Paşa Bayramov 2019-cu ildə İstanbul Universiteti Radyo Televiziya və Sinema ixtisasından məzun olmuşdur. Elə həmin ildən Marmara Universitetində eyni sahə üzrə Magistr təhsili almaqdadır. İstanbulda yaşayır. Daha əvvəl "Radyo İletişim"-də müxtəlif idman proqramlarının aparıcısı olub.