Antonio Conte Parma ilə 2-2 bərabərə qalan komandasının qələbə layiq olduğunu qeyd etsə də,  oyunçularının yorğun olmasından narahat olduğunu etiraf edib.

Görüşə fəal başlayan Inter Candreva`nın qolu ilə önə keçməyi bacarsa da, Yann Karamoah və Gervinho`nun cəmi yeddi dəqiqə ərzində vurduğu iki qol Parma`nı hesabda önə keçirib. İkinci hissənin əvvəlində Lukaku`nun vurduğu bərabərlik qolu isə görüşdə yekun hesabı müəyyənləşdirib.

Juventus`un bu həftə xal itirdiyi nəzərə alarsaq, bu bərabərliklə Conte`nın yetirmələri liderlik şansını əldən buraxmış olublar.

“Biz yalnız öz nəticələrimizə köklənmişik, başqa nəticələr bizi maraqlandırmır.” –  Sky Sports`a danışan Conte qeyd edib.­

ONBİR müsahibənin detallarını sizlərlə bölüşür:

“Birinci hissəni yaxşı keçirtmədik, Parma çox yaxşı oynadı, lakin biz də öz oyunumuzla onlara bu imkanı yaratdıq. Buraxdığımız qollar çox sadə idi.

Buna baxmayaraq, ikinci hissəyə çox yaxşı başladıq və vurduğumuz qolla status-quonu bərpa etdik. Düşünürəm ki, oyunun sonunda qələbəyə layiq olan tərəf biz idik.

Düzünü desəm, mən biraz narahatam. Bu oyun, son altı gündə sayca üçüncü oyunumuz idi və demək olar ki, hər üç oyunda eyni start heyətlə oynamışıq.

Seria A və Çempionlar Liqası çox vacib turnirlərdir, bu turnirlərdə yaxşı nəticə əldə etmək üçün çox enerji sərf etməlisən. Inter böyük klubdur və bu yarışlarda yalnız iştirak məqsədilə çıxış etmir.”