Conte Messi ONBİR

Inter`in baş məşqçisi Antonio Conte`nin Barcelona`nın ulduzu Lionel Messi`nin mümkün transferi barədə danışıb. ONBİR Sports.ru`ya istinadən onun sözlərini təqdim edir:

“Leo Messi`nin Inter`ə keçidi barədə yayılan söz-söhbətlər tamamilə yalandır. Belə yalan xəbərlərə inanmayın. Messi Inter`ə heç Fantasy Football`da da keçməz”.

Qeyd edək ki, daha öncə Gazzetta dello Sport 33 yaşlı futbolçunun karyerasını İtaliyada davam etdirə biləcəyi barədə xəbər yaymışdı.

Elnur
Elnur Həsənov təchizat zəncirinin idarə edilməsi üzrə mütəxəssisdir, Niderlandda yaşayır. O, Bakıda Biznesin İdarə Edilməsi üzrə Bakalavr Proqramını, Rotterdamda isə Logistika Menecmenti üzrə Magistr Proqramını bitirib. Hal-hazırda, Niderlandda logistik proqram təminatı məsləhətçisi kimi işləyir. Elnur AC Milan azarkeşidir, ən sevimli futbolçusu Andriy Shevchenko`dur.