ONBİR Goal`a istinadən xəbər verir ki, əsas hissəsi Manchester City`nin səhmlərindən təşkil olunan City Football Group(CFG) eyni zamanda dünyanın müxtəlif kontinentlərindəki klubların sahibidir.

CFG`nin əsas məqsədi “Disney” anlayışını futbola tətbiq etməkdir. Belə ki, Fransa liqasında çıxış edən Nancy klubu da artıq CFG`nin nəzdinə keçmək ərəfəsindədir. Hər şey yolunda gedərsə, bu CFG`nin portfoliosuna qoşulmuş doqquzuncu klub olacaq.

Son onillikdə CFG İngiltərə, ABŞ, Avstraliya, Çin, Hindistan, Yaponiya, İspaniya və Uruqvay liqalarında çıxış edən klublara sahib olmaqla dünyanın ən böyük multi klub biznesinə çevrilməyi bacarıb. Hər şey isə, 2008-ci ildə Sheikh Mansour`un hələ həmin dövrdə orta səviyyəli ingilis klubu olan Manchester City`nin səhmlərini alması ilə başlamışdı.

O cümlədən, multi klub biznesinə başqa bir misal olaraq Red Bull şirkətini də qeyd etmək olar. Onlar Leipzig, Salzburg, Braziliya və New York şəhərlərinin klublarının səhmlərinə sahibdirlər.  

Huseyn
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua.