“Şəhərlilər”in rəhbərliyi Pep Guardiola`dan sonrakı həyata hazırlaşır- onlar hollandiyalı Giovanni van Bronckhorst`u klubun bütün diviziyalarına giriş haqqı ilə təmin ediblər.

ONBİR Mirro Football`a istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis artıq bir aydır ki, Etihad`da “səhnə arxası” rolunu alıb və klubun daxili strukturunun vəziyyəti ilə tanış olur.

Manchester City rəhbərliyi bunun hələki qeyri-rəsmi əməkdaşlıq olduğunu və bu addımın Gio`nun öz sahəsində daha da professionallaşmağı üçün atıldığını qeyd edib.

Güman olunur ki, rəhbərlik bu hərəkəti 2021-ci ildə müqaviləsi bitəcək Pep Guardiola`ya əvəzləyici axtarışında olduğu üçün edib. Onlar əzəli rəqibləri Manchester United`in Sir Alex Ferguson`un gedişindən sonra yaşadığı çətinliyi nümunə götürərək, indidən Pep`in gedişinə hazırlaşırlar.

Huseyn
İxtisasca İqtisadiyyatçı olan Hüseyn bakalavr dərəcəsini ADA Universitetində, magistratura dərəcəsini isə Budapeştin Corvinus Universitetində qazanıb. Hal-hazırda Budapeştdə yaşayır. 2003-cü ildən Milan azarkeşi olan Hüseynin ən sevdiyi oyunçular Ricardo Kaka, Paolo Maldini və Juan Roman Riquelme`dir.