Chiellini verdiyi açıqlamada ən yaxşı halda daha iki il professional futbolla məşğul olacağını qeyd edib.

ONBİR xəbər verir ki, hələ də Juventus`un kapitanı olan Giorgio, hal-hazırda zədəlidir və müalicə kursu keçir. Veteran futbolçu zədəli olduğu müddətdə futboldan sonrakı həyatı haqqında düşünməyə başladığını etiraf edib.

Oyunçu Gazzetta dello Sport`a bu açıqlamarı verib:

“İki ildən daha çox oynayacağımı düşünmürəm. Mən komanda rəhbərliyində işləmək istiyərdim və bu işə böyük səbr və təmkinlə yanaşacağımdan əminəm.

Biz futbolçuların əsas səhvi onda olur ki, karyeramızı bitirdikdən sonra futbol haqqında hər şeyi bildiyimizi düşünürük. İşləməyə başlayanda isə, özünlə həmyaşıd kolleqalarının artıq on beş illik təcrübələrinin olduğunu görürsən.

Qarşıda səni çox uzun bir proses gözləyir və bu prosesdə maksimum təmkinli olmalısan. Futbolçu keçmişin oyunun meydanda olan tərəfini bilməkdə sənə kömək edə bilər, lakin digər amilləri də nəzərə almaq mütləqdir. Bu iş, sanki pazl kimidir – hər bir hissəciyin öz önəmi var.”