Chelsea fransız hücumçusu Olivier Giroud ilə müqaviləsini uzatmaq qərarına gəldi. ONBİR Goal.com`a istinad edərək bu məlumatı sizə təqdim edir.

Bu qış transfer pəncərəsində ayrılmağı gözlənilməsinə rəğmən komandada qalan Olivier Giroud bir il daha Chelsea`də qalacaq. Qeyd etmək lazımdır ki, yanvarda 33 yaşlı hücumçunun xidmətində Antonio Conte`nin İnter`i maraqlı idi. Halbuki onu əvəz edəcək oyunçu tapılmadığı üçün Chelsea bu transferin reallaşmasına imkan verməmişdi. Qarşıdan gələn yay transfer pəncərəsində Giroud`u azad agent kimi itirmək istəməyən Chelsea onun müqaviləsində olan müddəaya əsasən bir il uzatmağa qərar verdi.

Qeyd etmək lazımdır ki, Giroud bu mövsüm əsas heyətdə öz yerini gənc hücumçu Tammy Abraham`a itirmişdi. Ona görə Premier League`də cəmi 9 görüşdə iştirak edən Giroud 2 dəfə fərqlənməyi bacarıb.