Sabah 2019-2020-ci il Çempionlar Liqası mövsümü start götürəcək. Klub səviyyəsində hazırda ən prestijli liqa olan UÇL-da bilinməsi lazım olan bir neçə məqamı ONBİR sizinlə bölüşür:

Belə ki, UÇL tarixində ən çox bombardir olan oyunçu Cristiano Ronaldo`dur. O Manchester United`da 1, Real Madrid`də 6, toplamda isə 7 dəfə bombardir olmağı bacarıb. Onu toplamda 6 dəfə bombardir olan Lionel Messi izləyir.

UÇL tarixində ən çox qol vuran futbolçu da məhz Cristiano Ronaldo`dur. Onun toplamda 126, onu təqib edən Lionel Messi`nin isə aktivində 112 qol var. 3-cü yerdə isə, 71 qol ilə veteran futbolçu Raul Gonzalez qərarlaşıb.

UÇL tarixində ən çox oyuna çıxan oyunçu 177 matç ilə İker Casillas`dır.

UÇL tarixinin ən böyük hesablı məğlubiyyəti Beşiktaş Malmö`yə aiddir. Liverpool 8-0 Beşiktaş, Real Madrid 8-0 Malmö.

UÇL tarixinin ən tez qolu 10.12 saniyə ilə Roy Makaay`a aiddir. O 2007-ci ildə Bayern Munchen`in Real Madrid`i 2-1 hesabı ilə məğlub etdiyi oyunda fərqlənib.

UÇL tarixinin ən tez hat-trick`i Olympique Lyon`un sabiq oyunçusu Bafetimbi Gomis`ə aiddir. O 2011-ci ildə komandasının Dinamo Zagreb qarşısında 7-1 qazandığı oyunda 8 dəqiqədə 3 qol vurmağı bacarıb.