Buradakı birinci vəzifəm qol vurmaqdır
Buradakı birinci vəzifəm qol vurmaqdır

Xəbər verdiyimiz kimi Burak Yılmaz`ın Fransa klubu Lille`ə transferi rəsmiləşib.

ONBİR 35 yaşlı hücumçunun yeni klubunda ilk müsahibəsini təqdim edir.

“Mənə güvəndikləri üçün klubuma təşəkkür edirəm. Həyatım boyunca həmişə böyük klublarda oynadım. Belə böyük klublardakı təzyiq məni daha da gücləndirir. Yeni klubumdakı birinci vəzifəm qol vurmaqdır. Qoldan başqa digər vəzifələrimi də yerinə yetirəcəyimə əminəm”.