PSG`də sadəcə 1 mövsüm keçirən Gianluigi Buffon Fransa dövründən unuda bilmədiyi matçı açıqlayıb.
ONBİR hal-hazırda Juventus`da çıxış edən italyan qapıçının Fransanın L’Equipe qəzetinə verdiyi müsahibəni təqdim edir:
“Manchester United`lə oynadığımız revanş matçını həftədə ən az 3-4 dəfə düşünürəm. Bəzən peşmanlıq içində oyandığım günlər olur.
O mövsüm Çempionlar Liqasının finalında çıxış edəcəyimizə əmin idim. Mançester şəhərində möhtəşəm bir güc göstərərək qazandıq. Amma revanşda məğlub olaraq turu keçə bilmədik və həmin matçda etdiyim səhvə görə özümü günahkar hiss edirəm. Sahib olduğum təcrübəyə görə etməməli olduğum bir səhv idi”.
Sonda həmin səhvin videogörüntüsünü təqdim edirik: