Lim

Valencia`nın sahibi Peter Lim`in qızı Kim Lim klubun azarkeşlərini öz Instagram səhifəsində kəskin şəkildə qınayıb. ONBİR Sports.ru`ya istinadən onun sözlərini sizə təqdim edir:

“Nə qədər azarkeş məni və ailəmi tənqid edir, söyür. Onlar niyə başa düşmürlər ki, klubu biz satın almışıq və biz nəyi istəsək, onu da eləyərik. Bizim qərarlara qarışmağa və onları dəyişməyə heç kimin haqqı yoxdur”. Bir müddətdən sonra bu paylaşım silinib.

Qeyd etmək lazımdır ki, bir neçə gün öncə Valencia öz baş məşqçisi Albert Celades ilə yollarını ayırmışdı. Bu, Lim`in klubu satın almasından sonra 6`cı baş məşqçi dəyişikliyidir. Hal-hazırda “Yarasalar” La Liga`nın 9`cu pilləsində qərarlaşıblar.