Manchester City`nin yarımmüdafiəçisi Kevin De Bruyne hazırki idman mövsümün davam edilə biləcəyinə sübhə ilə yanaşır. ONBİR HLN qəzetinə istinadən belçikalı futbolçunun müsahibəsini təqdim edir:

“Oyunların nə vaxt bərpa olunacağı ilə bağlı heç bir fikrim yoxdur. İngiltərədə bir qərarı verməmişdən qabaq çox vaxt sərf edirlər. Biz artıq 6 həftədir ki, oynamırıq. Lazım olan formanı yığmaq üçün ən azı 3-4 həftə vaxt lazım olur. Əgər biz birdən-birə oynamağa başlasaq, bir neçə oyundan sonra hamı zədələnəcək.

Başa düşürəm ki, söhbət böyük pullardan gedir. Amma məsələnin uzadılması da gələn mövsümə öz təsirini göstərə bilər. Heç istəməzdim ki, bu cür maraqlı mövsüm vaxtından əvvəl başa çatsın, lakin əgər bu, problemləri həll etməyə kömək edəcəksə, qərar verilməlidir.”

Elnur
Elnur Həsənov təchizat zəncirinin idarə edilməsi üzrə mütəxəssisdir, Niderlandda yaşayır. O, Bakıda Biznesin İdarə Edilməsi üzrə Bakalavr Proqramını, Niderlandda isə Logistika Menecmenti üzrə Magistr Proqramını bitirib. Hal-hazırda, Dordrecht şəhərində logistik proqram təminatı məsləhətçisi kimi işləyir. Elnur AC Milan azarkeşidir, ən sevimli futbolçusu Andriy Shevchenko`dur.