Leonardo Bonucci hal-hazırda J qrupuna başçılıq edən və artıq Avropa Çempionatına vəsiqəni təmin etmiş İtaliya millisinin uğurlu çıxışından sonra belə çox ehtiyatlı danışıb: “Bizim təcrübəmiz Almaniya, Fransa və İspaniya ilə müqayisədə daha azdır”

Son turda Ermənistan millisi ilə qarşılacaq “Squadra Azzura” qalib gələcəyi təqdirdə qrup mərhələsini maksimum nəticə ilə bitirə bilər.

Buna baxmayaraq, Bonucci bunun hələ başlanğıc olduğunu, uğura gedən yolda hələ çox məsafə qət eləmək lazım gəldiyini qeyd edib.

ONBİR onun sözlərini sizlərlə bölüşür:

“Biz Avropanın ən güclü milliləri ilə yarışacağıq, özümüzü İspaniya, Fransa  və Almaniya ilə müqayisə edəndə bəzi məqamlarda onlardan geri qaldığımızı düşünürəm. Onların Avropanın top klublarında çıxış edən çox yaxşı oyunçuları var.

Dinamik, hücuma meyilli və keyfiyyətli oyun göstərən komandalara qarşı oynadıqca daha da inkişaf edirik. İnkişaf prosesimiz baş məşqçimizin sayəsində çox sürətli gedir.”  

Huseyn
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua.