ONBİR Goal.com saytına istinadən xəbər verir ki, 2008-09 mövsümündə Dortmund`un heyətində icarə əsasında çıxış edən Kevin-Prince Boateng sabiq məşqçisi olan Kloop`un hazırkı uğurunu necə əldə etdiyini açıqladı:

”O, sizinlə necə maraqlanacağını çox yaxşı bilir. Bunu necə etdiyini bilmirəm, amma bacarır. İnanmıram ki, Liverpool`da ona sevməyən futbolçu var. Hətta oynamaq şansı tapa bilməyənlər belə onu sevirlər. Bu ssenari Dortmund`da da belə idi. Kloop`u xüsusi edən şeylərdən biri də budur. Buna görə də hər komanda onun üçün əlindən gələnin ən yaxşısını edir. Kloop həm yaxşı adam, həm də yaxşı məşqçidir. Çox vaxt bunlardan birinə sahib oluruq, amma onda hər ikisi cəmləşib.”