Beşiktaş`ın baş məşqçisi Abdullah Avcı, dünən keçirilən və Gazişehir`in 3-2 qələbə qazandığı Gazişehir – Beşiktaş matçından sonra mətbuata bir sıra açıqlamalar verib.  ONBİR təcrübəli baş məşqçinin müsahibəsini sizlərlə bölüşür: ”Komandamız bir neçə yüz faizlıq epizodu dəyərləndirə bilmədi. Oyunun ssenarisini sanki artıq yazmışdılar və bunu necə izah edim bilmirəm. Matç isə, bərabər şəraitdə oynanılan bir oyun olmadı. Rəqibə 1, bizə 2 qırmızı kart göstərildi. Gaziantep`i qələbə münasibətilə təbrik edirəm, amma məni maraqlandıran bir məqam var: Rəqibdə qırmızı kart alan oyunçu 5 gün əvvəl hazırlıq matçında da qırmızı kart almışdı. Bugün gəldi yenə kart aldı. Bunun necə olduğunu bilmirəm. Hərhalda cəza almadığına görə gələn turlarda da eyni kartı görməyə davam edəcək.