2012-ci ildə Yıldırım Demirören`in TFF prezidenti olması ilə namizədliyini irəli sürən Fikret Orman xeyli fərqlə Beşiktaş`ın prezidenti seçilmişdi. ONBİR komandası olaraq,  7 il ərzində prezident olan Fikret Orman`lı Beşiktaş illərinin qısa icmalını sizə təqdim edirik:

Fikret Orman gəldiyi il Beşiktaş`ın maddi cəhətdən vəziyyəti çox pis idi və prezident gələn kimi ”FEDA” mövsümü elan etdi. Belə ki, yüksək maaş alan oyunçular ilə yolları ayırdı və Olcay Şahan, Oğuzhan kimi oyunçular ilə müqavilə imzaladı və mövsümü 3-cü bitirdi.

Feda sezonundan sonra Slaven Bilic dövrü başladı. Beşiktaş, təcrübəli məşqçi ilə hər ev oyununu başqa bir stadionda oynadı, çünki öz stadionları konstruksiya ərəfəsində idi. Beşiktaş bu mövsümü də 3-cü bitirdi.

Daha sonra Şenol Güneş ilə razılaşan ”Qara-ağlar” günəşli günlər görməyə başladı. Liqada üst-üstə 2 dəfə çempion oldu və Çempionlar Liqasında rekord nəticələr əldə edərək Benfica, Monaco Leipzig`li grupu 1-ci bitirdi. Liqada isə istədiyi nəticəni ala bilmədi və 4-cü yerdə qərarlaşdı.

Hazırda isə komanda, Abdullah Avcı rəhbərliyində 5 turda sadəcə 5 xal toplaya bilib. Son olaraq Fikret Orman, keçdiyimiz gün keçirilən Başakşehir matçında azarkeşlərin istefa çağırışı ilə üzləşmişdi.