Manchester City`də çıxış edən portuqaliyalı futbolçu, komanda yoldaşı Benjamin Mendy haqqında öz sosial şəbəkəsində paylaşdığı irqçi paylaşıma görə 1 matç buraxmalı olacaq.

İngiltərə Futbol Federasiyasının etdiyi açıqlamaya görə, Bernardo Silva 22 sentyabr tarixində öz Twitter hesabında komanda yoldaşı Benjamin Mendy haqqında etdiyi paylaşımı, “irqçi məzmun” olaraq xarakterizə edilib və portuqaliyalı futbolçuya 1 matç və 50 min sterlin pul cəzası verilib. Bu cəzanın ardından Bernardo Silva, liqada növbəti tur Chelsea matçında forma geyməyəcək.

Bernardo Silva, 22 sentyabrda Twitterdə etdiyi paylaşımda, Mendy`nin uşaqlıq şəklini və bir şokolad markasını maskotunun şəklini qoyub, altında isə “Təxmin edin kimdir?” yazıb. Silva, tənqidlərin artmasından sonra paylaşımı silib, “Bu dövrdə dostunla zarafat belə edə bilmirsən” – deyib.