Serie A`nın 29-cu turunda öz meydanında Napoli ilə qarşılaşan Atalanta Gattuso`nun kollektivini Pasalic və Gosens`in qolları ilə 2-0 məğlub edib.

ONBİR xəbər verir ki, Xallarının sayını 60-a çıxardan və 4-cü pillədə yerini möhkəmləndirən bergamolular bu qələbə ilə klub rekordunu da təzələmiş olublar. Belə ki, Atalanta tarixində ilk dəfə ard-arda yeddi oyunda qalib gəlməyə nail olmuş olub.

Gələn tur Cagliari ilə qarşılacaq Gian Piero Gasperini`nin yetirmələri hal-hazırda Serie A`nın ən məhsuldar komandasıdır. Onlar 29 oyunda 82 dəfə fərqlənməyi bacarıblar.