Klub rəhbərliyi və məşqçilər heyəti komandanın güclənməyə ehtiyacı olan mövqeyinin müdafiənin sağ cinahı olduğunu düşünür.

ONBİR Marca`ya istinadən xəbər verir ki, növbəti yay transfer periodunda Barcelona`nın əsas prioriteti yeni sağ cinah müdafiəçisi almaq olacaq. Baş məşqçi Ernesto Valverde hal-hazırda cinahda çıxış edən Sergio Roberto`nun xidmətlərindən daha çox yarımmüdafiədə istifadə etməkdə maraqlıdır və bu yeni cinah müdafiəçisinə olan ehtiyacı daha da artırır.

Bu mövqe üçün klub rəhbərliyin əsas hədəfi bəlli olmasa da, mövsümün sonuna doğru mümkün transfer siyahısının hazır olacağı gözlənilir. Barcelona`nın daha öncə cəlb etmək istədiyi Arsenal`ın müdafiəçisi Hector Bellerin`in də bu siyahıda olacağı istisna edilmir.

Huseyn
İxtisasca İqtisadiyyatçı olan Hüseyn bakalavr dərəcəsini ADA Universitetində, magistratura dərəcəsini isə Budapeştin Corvinus Universitetində qazanıb. Hal-hazırda Budapeştdə yaşayır. 2003-cü ildən Milan azarkeşi olan Hüseynin ən sevdiyi oyunçular Ricardo Kaka, Paolo Maldini və Juan Roman Riquelme`dir.