Katalonya təmsilcisi bu yay transfer pəncərəsində hücum pozisyasını bir və ya bir neçə oyunçu ilə gücləndirmək niyyətindədir. ONBİR, AS qəzetinin yazıçılarından Juan Jimenez Salvado`nun xəbərinə istinadən bildirir ki, Barcelona Suarez ilə yarışa girə biləcək bir hücumçu axtarışındadır. Bir neçə ildir ki, mərkəz hücumçusu mövqeyinə transfer etməyən Barcelona, bu il artıq gənc oyunçular transfer edib, gələcəyə yatırım etmək istəyir.

Barcelona`nın izlədiyi oyunçular arasında İnter Milan-dan Lautaro Martinez, PSV-dən Donyell Malen, Lille-dən isə Rafael Leao və Victor Osimhen yer alıb.

Qeyd edək ki, 32 yaşındaki uruqvaylı futbolçu Barcelona forması ilə çıxdığı 255 oyunda    183 dəfə fərqlənməyi bacarıb. O, bu mövsüm isə La Liga`da çıxdığı 6 oyuna 4, Çempionlar Liqasında isə 2 oyuna 2 qol vura bilib.