ONBİR Barcelona`nın rəsmi saytına istinadən xəbər verir ki, klub koronavirus pandemiyası ilə bağlı yaranan problemlərlə əlaqədar olaraq bir sıra qərarlar qəbul edib. Cümə axşamı klubun idarə heyəti üzvləri video bağlantı ilə görüş keçirərək, hazırki krizis vəziyyəti yumşaltmaq üçün hansı addımların atılmalı olduğunu müzakirə edib. Görüləcək tədbirlər klubun həm idman, həm də qeyri-idman personalına aid olunub.

“Klubun həyata keçirmək istədiyi tədbirlər hər şeydən əvvəl ədalət meyarlarına və əmək hüququna söykənir. Məqsəd klubunun fəaliyyətini ən qısa zamanda bərpa etməkdir” – Barcelona öz saytında elan edib.

İşçilərin iş gününün azaldılması və bunun nəticəsində müqavilələrdə nəzərdə tutulan maaşların mütənasib azalması barədə qərarlar qəbul olunub.

Daha öncə yayılan məlumatlara görə, katalon klubu futbolçulara maaşlarını 70% azaltmağı təklif edib, futbolçular isə bu təkliflə razı olmayıblar.

Eyni zamanda Barcelona öz idman obyektlərini Kataloniyanın səhiyyə departamentinə koronavirusla mübarizə üçün bağışlayıb.

Elnur
Elnur Həsənov təchizat zəncirinin idarə edilməsi üzrə mütəxəssisdir, Niderlandda yaşayır. O, Bakıda Biznesin İdarə Edilməsi üzrə Bakalavr Proqramını, Niderlandda isə Logistika Menecmenti üzrə Magistr Proqramını bitirib. Hal-hazırda, Dordrecht şəhərində logistik proqram təminatı məsləhətçisi kimi işləyir. Elnur AC Milan azarkeşidir, ən sevimli futbolçusu Andriy Shevchenko`dur.