ONBİR`in Diario Sport qəzetinə istinadən verdiyi xəbərə görə, Barcelona yay transfer pəncərəsi zamanı 2-5 oyunçu ilə güclənmək istəyir. Lakin koronavirus pandemiyası ilə bağlı yaranan fasilə klubun maliyyə göstəricilərinə ciddi təsir edəcək və, müvafiq olaraq, katalonların transfer bazarındakı siyasəti də bu vəziyyətə uyğunlaşmalı olacaq. Bu səbəbdən Barcelona`nın bir sıra oyunçusunu satmaq, icarəyə vermək və ya mübadilə etmək niyyətində olduğu bildirilir. Klubu tərk etməyə əsas namizədlər bunlardı: Antoine Griezmann, Ivan Rakitic, Philippe Coutinho, Arturo Vidal, Samuel Umtiti, Martin Braithwate, Junior Firpo, Neto.