during the Serie A match between Hellas Verona and Brescia Calcio at Stadio Marcantonio Bentegodi on November 3, 2019 in Verona, Italy.

Brescia forması geyən Mario Balotelli,  Verona azərkeşlərinin ona etdiyi irqçiliyə görə üsyan etdi. Qarşılaşmanın 2-ci hissəsində qapı önündə rəqibi ilə ikili mübarizəyə girən italyan hücumçu, tribunalardan gələn irqçi şüarlara görə, topu əlinə alaraq tribunalara göndərib və sonra meydanı tərk etmək istəyib. Brescia Verona futbolçuları çətinliklə futbolçunu meydanda saxlaya biliblər.          

Matçın baş hakimi Maurizio Mariano, FİFA`nın yeni qaydalarına əsasən, irqçi şuarlara görə oyunu dayandırıb və stadionda anons edildikdən sonra matçı yenidən başladıb.

Matç 2-1 hesabı ilə Verona`nın xeyrinə bitib. Brescia`nın tək qolunu 85-ci dəqiqədə Balotelli vurub.