Real Madrid`in yarımmüdafiəçisi Gareth Bale klubun azarkeşləri ilə arasında olan anlaşılmazlıq barəsində danışıb. ONBİR Sky Sports`a istinadən 30 yaşlı uelsli futbolçunun sözlərini sitat gətirir:

“Hər oyunda biz böyük təzyiq altında oluruq. Əgər pis oynayırsansa, sən diqqət mərkəzindəsən. Pis oynayanda, məni 80 minlik arena fitə basırdı. Bu, xoşagəlməzdir. Birinci dəfə belə reaksiya ilə qarşılaşanda nə baş verdiyini başa düşmədim. Niyə məni öz azarkeşlərimiz fitə basırlar? Bu, mənim üçün böyük bir sualdır, başa düşə bilmirəm.

Fikrimcə, bir oyunçu nə qədər pis oynasa belə, azarkeşlər onu dəstəkləməli və ona ruh yüksəkliyi verməlidirlər. Onlar isə əksini edirlər. Sən özünü itirirsən və daha pis oynamağa başlayırsan. Belə hallarda rəqib qapısı sənin gözündə qolf çuxuruna bənzəyir. Nəticədə məyus olan yenə azarkeşlər olur.

Bu, Real azarkeşlərinə xas xüsusiyyətdir. Başqa klublarda da oxşar hallar baş verir, amma Real`da bu açıq aşkardır”.

Elnur
Elnur Həsənov təchizat zəncirinin idarə edilməsi üzrə mütəxəssisdir, Niderlandda yaşayır. O, Bakıda Biznesin İdarə Edilməsi üzrə Bakalavr Proqramını, Rotterdamda isə Logistika Menecmenti üzrə Magistr Proqramını bitirib. Hal-hazırda, Niderlandda logistik proqram təminatı məsləhətçisi kimi işləyir. Elnur AC Milan azarkeşidir, ən sevimli futbolçusu Andriy Shevchenko`dur.