Dünən Türkiyə Super liqasının 11-ci turuna start verilib. Turun açılış matçında Fenerbahçe öz evində Kasımpaşa qarşısında 3-2 hesabı ilə qalib gəlib və 1 xal fərq ilə liderliyə yüksəlib. Fenerbahçe`nin 2 qolunu Vedat Muriqi penaltidən vurub, digər qol isə Serdar Aziz`dən gəlib.

Gərgin keçən matçda hər iki tərəf qırmızı kart alıb. Kasımpaşa`nın aldığı qırmızı kart zamanı isə maraqlı hadisə yaşanıb. 26 yaşındakı müdafiə oyunçusu Aytaç Kara Fenerbahçe`nin qazandığı 2-ci penalti zamanı topu götürüb və hakim Ali Palabıyık`ın qarşısına qoyaraq ”Buyur hakim, sən vur penaltini” deyib. Hakim isə buna qəzəblənərək Aytaç`a sarı kart göstərib.