ONBİR Marca saytına istinadən xəbər verir ki, adı Sevilla ilə hallanan Belçikanın 19 yaşlı yarımmüdafiəçisi Sambi Lokonga`la avropanın nəhəng klubları yaxından maraqlanır.

Hal-hazırda Anderlecht klubunda çıxış edən gənc futbolçunu Manchester CityBarcelona kimi komandalar pulsuz heyətinə qatmaq istəyirlər. Futbolçunun müqavilə müddəti gələn ilin iyununda bitmiş olacaq və buna görə ManchesterBarcelona 19 yaşlı gənc istedadı Sevilla`dan daha tez transfer etmək istəyirlər. Onlar Sambi Lokonga`la qış transfer pəncərəsində ilkin razılığa gəlmək niyyətindədirlər.

Hal-hazırda Sevilla bu keçid üçün hər iki klubdan öndədir və onun Sevilla`ya keçidi daha real görsənir.

Huseyn
İxtisasca İqtisadiyyatçı olan Hüseyn bakalavr dərəcəsini ADA Universitetində, magistratura dərəcəsini isə Budapeştin Corvinus Universitetində qazanıb. Hal-hazırda Budapeştdə yaşayır. 2003-cü ildən Milan azarkeşi olan Hüseynin ən sevdiyi oyunçular Ricardo Kaka, Paolo Maldini və Juan Roman Riquelme`dir.