Türkiyənin avrokuboklardaki təmsilciləri Galatasaray, Beşiktaş, Başakşehir Trabzonspor, bu həftə keçirilən bütün avrokubok oyunlarını səfərdə keçiriblər və 4 oyuna cəmi 1 xal toplaya biliblər. Bu xal isə, UÇL-da çıxış edən Galatasaray`dan gəlib. Galatasaray, Club Brugge səfərində 0-0 bərabərə qalıb.

Avroliqada isə alınan nəticələr heç ürək açan olmayıb. Beşiktaş, Bratislava səfərində 1-2 öndə olduğu matçda 4-2 məğlub olub. İtalyada Roma`nın qonağı olan Başakşehir, qapısında gördüyü 4 qolun heç birinə cavab verə bilməyib, 4-0. Trabzonspor isə, Getafe səfərindən 1-0-lıq məğlubiyyət ilə qayıdıb.